Bank Of Baku

Azərbaycanda repo əməliyyatlarının həcmi kəskin azalıb

Azərbaycanda repo əməliyyatlarının həcmi kəskin azalıb
# 14 oktyabr 2008 10:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Son vaxtlarda Azərbaycanda repo əməliyyatları kəskin şəkildə azalıb. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, AMB ilə kommersiya bankları arasında aparılan repo əməliyyatlarının həcmi 2008-ci ilin sentyabr ayının 1-nə 63,26 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 10 dəfə azdır.
Qeyd edək ki, repo əməliyyatları AMB tərəfindən qiymətli kağızların müvəkkil banka satışı (repo-nun açılması) və eyni zamanda müvəkkil bank tərəfindən həmin qiymətli kağızları Milli Banka satmaq, Milli Bankın isə onları müvəkkil bankdan geri satın almaq öhdəliyini (repo-nun bağlanması) rəsmiləşdirən maliyyə əməliyyatlarıdır. Beləliklə, repo əməliyyatı bank sisteminin likvidliyinin tənzimlənməsi mexanizmidir - likvidlik düşəndə mərkəzi bank əks-repo əməliyyatları keçirir, likvidlik artanda isə repo əməliyyatları. Bu il əks-repo əməliyyatları keçirilməyib, yəni AMB repo əməliyyatları keçirərək, banklardan artıq likvidliyi alır.
Lakin göründüyü kimi, banklardakı artıq likvidlik kəskin azalıb. Eyni zamanda, banklar AMB-nin qısamüddətli notlarını çox fəal alır (son hərraclarda tələbat təklifi üstələyir). Aydındır ki, notların alınması repo əməliyyatlarından daha gəlirlidir və bu səbəbdən banklar öz sərbəst vəsaitlərini birbaşa notların alınmasına yönəldir. Repo əməliyyatlarının kəskin azalması isə banklarda sərbəst vəsaitlərin azaldığını göstərir.
Hətta son bir ildə Azərbaycanın bank sistemində ilk dəfə olaraq yenidənmaliyyələşdirmə əqdlərinin həcmi (114,6 mln. manat) repo əməliyyatlarını üstələyib. Xatırladaq ki, yenidənmaliyyələşdirmə AMB tərəfindən bankların qısa müddət üçün mərkəzləşdirilmiş qaydada kreditləşdirməsi çərçivəsində aparılır. Beləliklə, AMB tərəfindən bankların kreditləşdirilməsi əks əməliyyatlardan çoxdur. Bundan başqa, son həftələr ərzində banklararası kreditlər bazarı da fəallaşıb ki, bu da bəzi banklarda cari likvidlik probleminin yarandığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR