BVF-nin proqnozlarına əsasən, cari hesab balansının ÜDM-yə nisbəti üzrə dünyada birinci yeri Küveyt (müvafiq olaraq 44,6% və 39,3%) tutacaq.
Qeyd edək ki, 2008-ci ilin ilk yarısı üzrə Azərbaycanda bu göstərici 32,4% təşkil edib. MDB ölkələri arasında bu göstərici üzrə ikinci yeri Türkmənistan (26,5% və 33%), üçüncü yeri isə Özbəkistan (16,8% və 12,8%) tutur. Ermənistan üçün isə proqnoz mənfi 9,7% və mənfi 10,8% təşkil edir, yəni bu ölkə üçün BVF mənfi saldo proqnozlaşdırır.
Ümumilikdə, «Dünya iqtisadi icmalı»nda MDB üzrə ölkələrin cari hesab balansının ÜDM-yə nisbəti aşağıdakı kimi proqnozlaşdırılır:
| 2006 | 2007 | 2008 | 2009 |
Azərbaycan | 17.7 | 28.9 | 38.3 | 38.6 |
Rusiya | 9.5 | 5.9 | 6.5 | 3.4 |
Ukrayna | -1.5 | -3.7 | -7.2 | -9.2 |
Qazaxıstan | -2.4 | -6.9 | 4.3 | 3.3 |
Belarus | -3.9 | -6.8 | -5.9 | -8.0 |
Türkmənistan | 15.7 | 15.4 | 26.5 | 33.0 |
Ermənistan | -1.8 | -6.4 | -9.7 | -10.8 |
Gürcüstan | -15.9 | -20.0 | -20.8 | -18.7 |
Qırğızıstan | -3.1 | -0.2 | -4.2 | -5.4 |
Moldova | -11.8 | -17.0 | -19.9 | -19.1 |
Tacikistan | -2.8 | -11.2 | -8.5 | -8.1 |
Özbəkistan | 17.2 | 19.1 | 16.8 | 12.8 |