Bank Of Baku

«YapıKredi Bank Azerbaijan»ın aktivləri son bir ildə 27% artıb

«YapıKredi Bank Azerbaijan»ın aktivləri son bir ildə 27% artıb
# 14 oktyabr 2008 12:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» Səhmdar Kommersiya Bankının (keçmiş «KoçBank-Azərbaycan») aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 108,775 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-i ilə müqayisədə 26,5% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 13,8% genişlənərək 67,459 mln. manata, kredit portfeli 18,4% artaraq 13,259 mln. manata, o cümlədən istehlak kreditləri 3,6 dəfə artaraq 2,972 mln. manata çatıb. Bankın məcmu kapitalı 89,2% artaraq 22,083 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 6,349 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 94% artaraq 18,947 mln. manat, xərcləri isə 2,1 dəfə artaraq 14,497 mln. manat olub. Nəticədə, bankın mənfəəti 21% artıb və 4,450 mln. manat, xalis mənfəəti isə 21,3% artaraq 3,421 mln. manat təşkil edib. Bundan başqa, bank son bir ildə yeni 3 bankomat və 17 POS-terminal quraşdırıb
Bu dövr ərzində bankın işçilərinin sayı 76,4% artaraq 97 nəfər, orta aylıq əmək haqqı isə 6,8% artaraq 1 264 manat təşkil edib.
Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 3 filialı, 13 bankomatı və 39 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR