Bank Of Baku

«Bank Avrasiya» ilin əvvəlindən kredit portfelini 155 dəfə artırıb

«Bank Avrasiya» ilin əvvəlindən kredit portfelini 155 dəfə artırıb
# 14 oktyabr 2008 12:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 51,094 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan analoji göstəricidən 99,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 4,8 dəfə genişlənərək 26,105 mln. manat, kredit portfeli 155 dəfə artaraq 27,201 mln. manat, o cümlədən istehlak kreditləri 5,321 mln. manat təşkil edib. Həmçinin, bankın məcmu kapitalı 4,2% artaraq 20,835 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri 19,9 dəfə artaraq 3,910 mln. manata, xərcləri isə 11,2 dəfə artaraq 2,529 mln. manata çatıb. Nəticədə, bank bu ilin ilk 9 ayında 1,382 mln. manat həcmində mənfəət əldə edib.
Bu dövr ərzində bank 1 mübadilə məntəqəsi açıb, həmçinin 1 bankomat və 11 POS-terminal quraşdırıb. Cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə bankın işçilərinin sayı 52,2% artaraq 35 nəfər, orta aylıq əmək haqqı isə 1 335 manat təşkil edib.
Xatırladaq ki, «Bank Avrasiya» SKB-yə lisenziya 2007-ci ilin noyabrında verilib. Hazırda bankın 1 bankomatı və 11 POS-terminalı və 1 mübadilə məntəqəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR