Bank Of Baku

«AtaSığorta» şirkətinin daxilolmaları son bir ildə 9% azalıb

«AtaSığorta» şirkətinin daxilolmaları son bir ildə 9% azalıb
# 14 oktyabr 2008 12:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 2,921 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 8,8% azdır.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta riskləri üzrə ödənişlər 6,7% artaraq 448 min manata çatıb.
Həmçinin, bu dövr ərzində şirkətin gəlirləri 3,718 mln. manat, xərcləri isə 2,686 mln. manat təşkil edib. Nəticədə, şirkətin balans mənfəəti son bir il ərzində 3,2 dəfə artaraq 1,032 mln. manat olub.
Xatırladaq ki, təsisçisi «AtaHolding» şirkətlər qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı cari ilin oktyabr ayının 1-nə 2 mln. manatdır. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR