Bank Of Baku

Azərbaycanda real effektiv məzənnənin daha da artacağı gözlənilir

Azərbaycanda real effektiv məzənnənin daha da artacağı gözlənilir
# 14 oktyabr 2008 13:15 (UTC +04:00)
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, bu, 2000-ci ildən sonra ən yüksək göstəricidir. İlin əvvəlindən bu göstərici 8,5 faiz bəndi artıb.
Real effektiv məzənnə ölkənin əsas xarici ticarət tərəfdaşlarının valyutalarının real mübadilə məzənnələrinin orta ölçülmüş göstəricisidir və onun hesablamasında müvafiq ölkələrin xarici ticarət dövriyyəsində payı nəzərə alınır. Yəni, bu, manatın xarici ticarət dövriyyəsində iştirak edən ölkələrin valyutalarına qarşı orta vahid məzənnədir.
Qeyd edək ki, real effektiv məzənnənin artımı ölkənin yerli mallarının rəqabətlilik qabiliyyətinin aşağı düşdüyünü göstərir. Eyni zamanda, real effektiv məzənnənin hesablamasında ölkədə və xarici ticarətdə tərəfdaş olan ölkələrdə illik inflyasiya nəzərə alınır. Belə ki, real effektiv məzənnənin artmasına yüksək inflyasiya da təsir edir.
AMB-nin 2008-ci il pul-kredit siyasətinin istiqamətlərdən biri məzənnə siyasətidir və məzənnə siyasətinin tətbiqi mexanizminin təkmilləşdirilməsi çərçivəsində manatın ABŞ dollarına qarşı məzənnəsinin dəyişməsinin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçilməsi nəzərdə tutulur. Məzənnə siyasətindəki bu dəyişiklik AMB-nin manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən orta dəyişməsini xarakterizə edən nominal effektiv məzənnəyə və nəticədə real məzənnəyə təsir göstərmək imkanları artıb. Nominal effektiv məzənnəyə təsir vasitəsilə AMB qeyri-neft sektorunun rəqabət qabiliyyətinin qorunmasına və iqtisadiyyatın diversifikasiyasına dəstək verməyə çalışır. Lakin bu addımlar hələ də müsbət nəticə vermir - sentyabrın 1-nə qeyri-neft sektoru üzrə real effektiv məzənnə ilin əvvəlindən 7,1 faiz bəndi artaraq 97,1%-ə çatıb. Ümumilikdə isə, bu göstərici 2000-ci ildən cəmi 2,9 faiz bəndi aşağıdır, yəni bu illər ərzində qeyri-neft sektorunda rəqabətlilik qabiliyyəti davamlı olaraq düşməkdədir.
Real məzənnəni iki üsulla aşağı satmaq mümkündür. Birincisi - inflyasiyanın aşağı salınması yoludur ki, bunun da hazırda Azərbaycanda reallaşması mümkün görünmür və buna təsir etmək üçün tək AMB-nin alətləri kifayət etmir. İkinci yol manatın kəskin devalvasiyasını nəzərdə tutur ki, bu da makroiqtisadi siyasətə ziddir. Çünki bu həm makroiqtisadi sabitliyi pozacaq, həm də qısamüddətli xarakter daşıyacaq. Beləliklə, iqtisadiyyatın rəqabətlilik qabiliyyətinin göstəricisi olan real effektiv məzənnənin daha da artacağını proqnozlaşdırmaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR