Bank Of Baku

«Debut Bank» son bir ildə aktivlərini 23% artırıb

«Debut Bank» son bir ildə aktivlərini 23% artırıb
# 14 oktyabr 2008 13:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Debut Bank» Səhmdar Kommersiya Bakının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 32,797 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan göstəricidən 23,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 24% genişlənərək 1,286 mln. manata, kredit portfeli 18,2% artaraq 28,294 mln. manata, o cümlədən istehlak kreditləri 11 dəfə artaraq 1,762 mln. manata çatıb. Bankın məcmu kapitalı 5,6% artaraq 11,121 mln. manat, o cümlədən nizamnamə kapitalı 3,4% artaraq 8,750 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 34,6% artaraq 4,088 mln. manat, xərcləri isə 33,6% artaraq 3,203 mln. manata çatıb. Nəticədə, bankın son bir ildə mənfəəti 38,1% artaraq 0,885 mln. manat olub.
Bundan başqa, bank son bir il ərzində əlavə 1 filial, 7 mübadilə məntəqəsi açıb və 1 bankomat quraşdırıb. Həmçinin, bu dövr ərzində bankın işçilərinin sayı 0,9% artaraq 111 nəfər, orta aylıq əmək haqqı isə 20% artaraq 240 manat təşkil edib.
Xatırladaq ki, təsisçisi bir neçə fiziki şəxsdən ibarət olan «Debut Bank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 7 filialı, 7 bankomatı və 82 POS-terminalı və 27 mübadilə məntəqəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR