Bank Of Baku

Dolların ucuzlaşması davam edəcək

Dolların ucuzlaşması davam edəcək
# 14 oktyabr 2008 14:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, oktyabrın 14-də avro dollara qarşı əvvəlki günlə müqayisədə 1,1% bahalaşıb. Bu tendensiyanın davam etməsi ehtimalı isə böyükdür.
Qeyd edək ki, dünən həm ABŞ-da, həm Avropada fond indeksləri kəskin artıb. Bu da Avropa ölkələrinin rəhbərləri tərəfindən öz maliyyə sistemlərinin qorunmasına dair planları ilə bağlı birgə bəyanatının nəticəsidir. Bəyanat dərhal bazara müsbət təsirini göstərib.
Yaxın vaxtlarda dünya bazarında aparıcı ABŞ banklarının, o cümlədən «JPMorgan», «Wells Fargo», «Citigroup» və «Merrill Lynch»in üç rüb üzrə maliyyə hesabatlarının açıqlanması gözlənilir. Mütəxəssislərin fikrincə, böhran şəraitində bu göstəricilərin çox zəif olacağı ehtimal edilir. Bundan başqa, ABŞ-da inflyasiya səviyyəsinin Avrozonanın analoji göstəricisindən daha yüksək olacağı gözlənilir. Və nəhayət, Avropa mərkəzi bankları özünün anti-krizis proqramlarında ABŞ-dan fərqli olaraq, təkcə bank səhmlərinin alınması deyil, onların aktivləri üzrə zəmanətlərin təqdim edilməsinə də diqqət yetirilir. Bu isə pul kütləsinin bazara açıq şəkildə axması demək deyil.
Bütün bu amillər avronun dollara qarşı möhkəmlənməsini proqnozlaşdırmaq imkanı verir. Eyni zamanda, prosesin Azərbaycana da təsir edəcəyini gözləmək olar. Artıq manatın dollara qarşı möhkəmlənməsi və eyni zamanda avroya qarşı ucuzlaşması başlayıb. Dünya bazarlarındakı tendensiyaların əksi olaraq, bu proses davam edəcək. Hətta vurğulamaq lazımdır ki, əgər böhrana qarşı elan olunan tədbirlər Amerika və Avropada uğurla nəticələnərsə, investorlar yenə də fond bazarına qayıdaraq öz vəsaitlərini maliyyə alətlərinə yönəldəcəklər. Xatırladaq ki, son vaxtlar investorlar fond bazarlarındakı aktivlərini çıxararaq onları dollara çevirib. Lakin son hadisələrdən sonra alınmış dollar kütləsinin satılması, həmçinin dollara olan cari tələbatın kəskin azalacağı gözlənilir. Qeyd edək ki, məhz investorların öz aktivlərini satması və onları dollara çevirməsi sonr dövrdə dolların bahalaşmasının əsas səbəblərindən biri olub. Hazırda bu pposes tam əks istiqamətdə inkişaf edir. Nəticədə, manat avroya qarşı ucuzlaşsa da, dollara qarşı möhkəmlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR