Bank Of Baku

Sergey Lebedev: «Bu ay MDB ölkələrinin maliyyə nazirləri müşavirəsinin ilk toplantısı keçiriləcək»

Sergey Lebedev: «Bu ay MDB ölkələrinin maliyyə nazirləri müşavirəsinin ilk toplantısı keçiriləcək»
# 15 oktyabr 2008 12:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Bu ilin oktyabr ayının 24-26-da MDB ölkələri üzrə Bakıda keçiriləcək «Birlik ölkələrinin maliyyə bazarları: inkişaf və inteqrasiya» adlı beynəlxalq bank-maliyyə konfransında Birlik ölkələrinin aparıcı bank təşkilatlarının nümayəndələri, dövlət strukturlarının təmsilçiləri iştirak edəcəklər. Bunu APA-ya açıqlamasında MDB-nin icra katibi Sergey Lebedev bildirib.
S.Lebedev qeyd edib ki, konfrans çox vaib tədbirdir və burada olduqca əhəmiyyətli məsələlər müzakirə olunacaq. Tədbirin hətta hazırda dünyada müşahidə olunan maliyyə böhranından öncə keçirilməsi nəzərdə tutulurdu: «Ümid edirik ki, konfransda MDB ölkələrinin maliyyə strukturları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Sözsüz ki, toplantıda yeni mövzunun - maliyyə böhranının birgə səylərlə aradan qaldırılması yolları ilə bağlı mövzunun meydana gələcək».
S.Lebedev xatırladıb ki, bu günlərdə MDB-nin Bişkekdə keçirilən sammitində ölkə başçıları Birlik dövlətlərinin maliyyə nazirlərinin daimi müşavirəsinin yaradılmasına dair gərara gəliblər: «İndicə Moskvadan məlumat aldım ki, nazirlərin ilk görüşü oktyabrın 21-də Moskvada keçiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR