Bank Of Baku

«AGBank» Bakıda yeni filial açıb

«AGBank» Bakıda yeni filial açıb
# 16 oktyabr 2008 08:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» Səhmdar Kommersiya Bankı (SKB) Bakıda daha bir filialını açıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Bakı şəhəri, Ə.Rəcəbli küçəsi,11/17-18A ünvanında yerləşir. Filialın fəaliyyətə başlaması üçün artıq Azərbaycan Milli Bankı tərəfindən müvafiq icazə verilib. Qeyd edək ki, hazırda bankın respublika üzrə 14 filialı və 4 şöbəsi fəaliyyət göstərir.
Xatırladaq ki, «AGBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 176,368 mln. manat, kredit portfeli 123,406 mln. manat, depozit portfeli 94,756 mln. manat, o cümlədən nizamnamə kapitalı 12 mln. manat təşkil edib. Bankın əsas səhmdarları rolunda IFC, İngiltərənin «Kazimir Caspian Fund Ltd.» İnvestisiya Fondu və iki fiziki şəxs (Çinqiz Əsədullayev və Fərzulla Yusifov) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR