Bank Of Baku

«Deka Bank» son bir ildə mənfəətini 5 dəfə artırıb

«Deka Bank» son bir ildə mənfəətini 5 dəfə artırıb
# 16 oktyabr 2008 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Deka Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi bu ilin oktyabr ayının 1-nə 27,414 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 7,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 65,8% genişlənərək 5,876 mln. manata, kredit portfeli 22,1% artaraq 23,795 mln. manata, o cümlədən istehlak kreditləri 7,910 mln. manata çatıb. Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında bank istehlak kreditləri verməyib.
Həmçinin, bankın məcmu kapitalı 8,2% artaraq 11,323 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 9,594 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,4% artaraq 2,797 mln. manat, xərcləri isə 37,8% artaraq 1,387 mln. manat təşkil edib. Nəticədə, son bir ildə bankın mənfəəti 5 dəfə artaraq 1,410 mln. manata çatıb.
Bundan başqa, bank son bir ildə yalnız 6 POS-terminal quraşdırıb. Həmçinin, bu dövr ərzində bankın işçilərinin sayı 1,4% artaraq 72 nəfər təşkil edib.
Xatırladaq ki, «Deka Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 6 filialı, 1 bankomatı və 13 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR