Bank Of Baku

Varşavada beynəlxalq sığorta konfransı keçiriləcək

Varşavada beynəlxalq sığorta konfransı keçiriləcək
# 16 oktyabr 2008 10:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin noyabr ayının 12-14-də Varşavada (Polşa) «Şərqi Avropa, MDB və Asiyada həyat sığortasının inkişafına dünya baxışı» mövzusunda IV Beynəlxalq Konfrans keçiriləcək.
Konfransın təşkilatçısı olan «Russkiy Polis» İnformasiya Qrupundan «APA-Economics»ə verilən məlumata əsasən, konfransın məqsədi həyat sığortası sahəsində dünya və regional təcrübənin ümumiləşdirilməsi, Şərqi Avropa, MDB və Asiyada bu sığorta növünün perspektivlərinin, müasir satış kanalları və müasir marketinq üsullarının, informasiya texnologiyalarının tətbiqi və s. aktual məsələləri müzakirə etməkdir.
Konfransda milli sığorta nəzarəti orqanlarının nümayəndələri, Avropa, MDB və Asiya dövlətlərinin aparıcı sığorta şirkətlərinin rəhbərləri, beynəlxalq sığorta və maliyyə qrupları və banklarının rəsmiləri, sığorta sahəsində çalışan müstəqil ekspert və məsləhətçilər iştirak edəcək.
Təbir çərçivəsində həmçinin «Reinsurance Group of America» şirkəti tərəfindən təşkil olunan həyat sığortası üzrə praktik seminarın keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan üçün həyat sığortası sahəsi aktual olsa da, bu sahədə inkişaf müşahidə olunmur. Hazırda bu sığorta növü ümumi sığorta haqlarının strukturunda cəmi 1,1% paya malikdir. Sığortaçıların fikrincə, Azərbaycanda həyat sığortasının inkişaf etməməsinin əsas səbəbi əhali tərəfindən tələbatın aşağı səviyyədə olması ilə bağlıdır. Lakin bununla yanaşı vurğulanır ki, bu sığorta növünün zəif inkişaf etməsinə sığortaçıların məsələyə etinasız yanaşması da təsir göstərir. Qeyd edək ki, əhalidə həyat sığortası kimi yığım sığorta növlərinə təmin edilmiş tələbat var və bunu müxtəlif amillər əks etdirir. Məsələn, əhalinin bank əmanətlərinin illik 50-60% artması təmin olunmuş tələbatın mövcudluğunu göstərir. Lakin sığortaçılar əhaliyə istiqamətlənmiş müxtəlif marketinq xarakterli tədbirlər görməkdən isə, tələbatın olmadığını qeyd edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR