Bank Of Baku

«Paşa Bank» ilin əvvəlindən aktivlərini 4 dəfə artırıb

«Paşa Bank» ilin əvvəlindən aktivlərini 4 dəfə artırıb
# 16 oktyabr 2008 10:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 183,152 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan göstəricidən 4 dəfə çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə kredit portfeli 5,3 dəfə artaraq 54,384 mln. manata, depozit portfeli isə 6 dəfə genişlənərək 69,151 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 3,1 dəfə artaraq 107,304 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,9 dəfə artaraq 100 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri 47,4 dəfə artaraq 13,884 mln. manat, xərcləri isə 7,4 dəfə artaraq 6,005 mln. manat olub. Nəticədə, bank bu ilin ilk 9 ayında 7,879 mln. manat mənfəət əldə edib, habelə dövlət büdcəsinə 1,728 mln. manat vergi ödəyib. Bu dövr ərzində bankın işçilərinin sayı 14,5% artaraq 63 nəfərə çatıb.
Xatırladaq ki, «Paşa Holdinq»ə daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Hazırda bankın 2 bankomatı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR