Bank Of Baku

Azərbaycan Milli Bankı milli bank sistemi üçün 200 mln. manat vəsaiti sərbəstləşdirib

Azərbaycan Milli Bankı milli bank sistemi üçün 200 mln. manat vəsaiti sərbəstləşdirib
# 16 oktyabr 2008 11:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) ehtiyat normalarının azaldılmasına dair son tədbirləri ölkədə fəaliyyət göstərən kommersiya banklarında təxminən 200 mln. manat həcmində sərbəst vəsait ehtiyatının yaranmasına səbəb olacaq. «APA-Economics»in apardığı hesablamalara əsasən, bunun əsas hissəsi, təxminən 120 mln. manatı daxili depozitlər, qalan hissəsi isə xarici öhdəliklər üzrə azad edilən vəsaitlərin payına düşəcək.
Xatırladaq ki, AMB-nin İdarə Heyətinin son qərarı ilə daxili depozitlər üzrə məcburi ehtiyat normaları 12%-dən 9%-dək azaldılıb. Hazırda məcmu bank depozitlərinin 4 088 mln. manat olduğunu nəzərə alsaq, azad edilən vəsait 120 mln. manat təşkil edir. Bundan əlavə, bankların ümumi xarici öhdəliklərinin həcmi 1,6 mlrd. manata bərabərdir. Bu öhdəliklər üzrə ehtiyat normalarının 5%-dən sıfıra endirilməsi nəticəsində azad edilən vəsaitlərin həcmi 80 mln. manat təşkil edəcək.
AMB-nin bu addımları banklarda yaranan və yarana biləcək likvidlik probleminin aradan qaldırılmasına yardım kimi qiymətləndirilməlidir. Xatırladaq ki, həmçinin AMB uçot dərəcəsini 15%-dən 12%-dək azaldıb və bu, bankalar üçün mərkəzləşdirilmiş kreditlərin ucuzlaşdırılması deməkdir. Bankların fondlanma risklərini azaldan həmin addım da bankların likvidlik probleminin aradan qaldırılmasına yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR