Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyasına daha iki maliyyə təşkilatı üzv olub

Azərbaycan Mikromaliyyə Assosiasiyasına daha iki maliyyə təşkilatı üzv olub
# 16 oktyabr 2008 11:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMA) daha iki maliyyə təşkilatı üzv olub. Bununla da qurumun üzvlərinin sayı 26-ya çatıb. Bunu «APA-Economics»ə açıqlamasında AMA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib.
J.Hacıyevanın sözlərinə görə, Assosiasiyaya yeni üzv olan təşkilatlar yerli «Bank Respublika» Səhmdar Kommersiya Bankı və təsisçisi Almaniyanın KfW bankı olan «Saving Bank Foundation for İnternational Cooperation» investisiya fondudur. «Quruma, həmçinin müraciət edən potensial üzvlər də var. Hazırda şifahi müraciət edən 4 maliyyə təşkilatı var ki, həmin təşkilatlarla danışıqlar aparılır», - J.Hacıyeva bildirib.
Qeyd edək ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. İndiyədək quruma 26 maliyyə təşkilatı üzv olub ki, bunların da 14-ü mikromaliyyə təşkilatıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR