Bank Of Baku

Azərbaycanda yaşlı pensiyaçılara əlavə vəsait verilə bilər

Azərbaycanda yaşlı pensiyaçılara əlavə vəsait verilə bilər
# 16 oktyabr 2008 11:11 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Bizə müraciətlər daxil olur ki, 70 yaşından yuxarı pensiyaçıların sağlamlıqla bağlı xərcləri çox olur. Bu xərclərin ödənilməsi üçün bəzi ölkələrdə əlavə vəsaitlər verilir. Biz də hazırda bu məsələ üzərində işləyirik». Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
Fond sədrinin sözlərinə görə, hazırda Azərbaycan pensiyaçılarının böyük hissəsinin - 335 min nəfərin yaşı 70 yaşdan yuxarıdır. Bunu böyük rəqəm hesab edən S.Müslümov həmin kontingentin ümumi pensiyaçıların təqribən 30%-ə yaxınını təşkil etdiyini də söyləyib.
S.Müslümov bildirib ki, 70 yaşdan yuxarı pensiyaçılara əlavələrin verilməsi böyük maliyyə vəsaiti tələb edir. Ona görə də büdcənin proqnozlaşdırılması zamanı bu məsələlərə diqqət yetirilə bilər: «Amma nəzərə almaq lazımdır ki, bütün hallarda həmin vəsait sosial sığorta haqlarından ödənilməlidir. Ona görə də işçilərin əmək haqqının məbləği leqallaşdırılmalıdır ki, biz onların DSMF-ya ödədiyi sosial sığorta haqları hesabına belə əlavələri verə bilək. Əgər bu leqallaşdırma getmirsə, həmin əlavələrin maliyyələşdirilməsi də çətin olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR