AMB-dən «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici sentyabr ayında 0,4% azalıb. Azalma artıq iki ay davam edir - avqust ayında azalma 4,3%-ə bərabər olub. Lakin buna baxmayaraq, ilin əvvəlindən AMB-nin xalis aktivləri 34,4% artıb. Qeyd edək ki, il ərzində AMB-nin xalis xarici aktivlərinin artımı 69,2% olub.
AMB-nin xalis xarici öhdəlikləri oktyabrın 1-nə 67,6 mln. manat təşkil edib ki, bu da ilin əvvəlindən 23%, il ərzində isə 25,1% azalma deməkdir. Beləliklə, AMB-nin xarici aktivləri xarici öhdəliklərini dəfələrlə üstələyir. Ümumilikdə, AMB-nin xalis xarici aktivləri son 8 ildə 15 dəfə artıb:
Beləliklə, AMB-nin məcmu beynəlxalq aktivləri oktyabrın 1-nə 4 809,4 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 33,2%, ötən ilin oktyabrın vvəlinə olan göstərici il müqayisədə isə 68% çoxdur.