Bank Of Baku

«Royal Bank of Baku» son bir ildə aktivlərini təxminən üç dəfə artırıb

«Royal Bank of Baku» son bir ildə aktivlərini təxminən üç dəfə artırıb
# 16 oktyabr 2008 11:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 100,473 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan göstəricidən 2,7 dəfə çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 3,3 dəfə genişlənərək 34,387 mln. manata, kredit portfeli 3,1 dəfə artaraq 77,160 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,9 dəfə artaraq 64,318 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 42,1% artaraq 19,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 29% artaraq 16,912 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 3,1 dəfə artaraq 11,783 mln. manat, xərcləri isə 3,1 dəfə artaraq 10,163 mln. manat olub. Nəticədə, bank əldə etdiyi mənfəəti son bir ildə 3 dəfə artıraraq 1,619 mln. manata çatdırıb.
Bundan başqa, bank bu müddət ərzində əlavə 22 filial və 1 mübadilə məntəqəsi açıb, həmçinin 16 bankomat və 59 POS-terminal quraşdırıb. Eyni zamanda, bankın işçilərinin sayı 2,6 dəfə artaraq 463 nəfərə, işçilər üçün orta aylıq əmək haqqı isə 76% artaraq 545 manata çatıb.
Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank of Baku» SKB 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb və 2003-cü ildə brendini dəyişdirib. Hazırda bankın respublika üzrə 28 filialı, 3 mübadilə məntəqəsi, 21 bankomatı və 71 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR