Bank Of Baku

«Qala Sığorta» ilin sonunadək sığorta haqlarının həcmini üç dəfədən çox artırmaq niyyətindədir

«Qala Sığorta» ilin sonunadək sığorta haqlarının həcmini üç dəfədən çox artırmaq niyyətindədir
# 16 oktyabr 2008 12:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın yeni yaranmış «Qala Sığorta» Açıq Səhmdar Cəmiyyəti (ASC) 2008-ci ilin sonuncu rübündə sığorta daxilolmalarının həcmini əvvəlki rübə nisbətən 3,3 dəfə artıraraq 70 min manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında «Qala Sığorta»nın direktoru Abbas Babayev bildirib.
A.Babayevin sözlərinə görə, şirkət fəaliyyət göstərdiyi tarixdən oktyabr ayının əvvəlinədək 21 min manat həcmində sığorta haqqı toplayıb: «Biz hazırda 6 könüllü və 4 icbari sığorta növləri üzrə fəaliyyət göstəririk. Planımıza əsasən, bu ilin sonunadək sığorta daxilolmalarının həcmini 70 min manata çatdırmaq niyyətindəyik. Ümumiyyətlə, şirkətin əsas fəaliyyət ili növbəti il hesab olunacaq. Belə ki, 2009-cu il ərzində şirkətimiz fəaliyyət dairəsini genişləndirərək ölkənin aparıcı sığorta şirkətləri sırasına daxil olmaq fikrindədir», - deyə A.Babayev bildirib.
Qeyd edək ki, «Qala Sığorta» ASC-yə Maliyyə Nazirliyi tərəfindən 2008-ci ilin iyul ayının 31-də müddətsiz lisenziya verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR