Bank Of Baku

«Günaybank»ın mənfəəti son bir ildə 10 dəfə azalıb

«Günaybank»ın mənfəəti son bir ildə 10 dəfə azalıb
# 16 oktyabr 2008 13:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günaybank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 26,720 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 20% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 9,1% genişlənərək 9,258 mln. manata, kredit portfeli 34% artaraq 23,081 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 19,2% artaraq 124 min manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 0,7% artaraq 10,709 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,1% artaraq 10,892 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5% artaraq 3,280 mln. manata, xərcləri isə 77,3% artaraq 3,208 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində təxminən 10 dəfə azalaraq 72 min manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günaybank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə bankın işçilərinin sayı 41 nəfər, orta aylıq əmək haqqı isə 373 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR