Bank Of Baku

«Əmrahbank» son bir ildə mənfəətini 14% azaldıb

«Əmrahbank» son bir ildə mənfəətini 14% azaldıb
# 16 oktyabr 2008 13:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 65,073 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 52,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 70% genişlənərək 36,187 mln. manata, kredit portfeli 65,7% artaraq 48,914 mln. manata, o cümlədən istehlak kreditləri 22,8% artaraq 19,898 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 73,2% artaraq 21,884 mln. manat, o cümlədən nizamnamə kapitalı 56,7% artaraq 12,821 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,8% artaraq 8,823 mln. manat, xərcləri isə 50% artaraq 5,310 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 14% azalaraq 3,513 mln. manat təşkil edib.
Bundan başqa, bank bu müddət ərzində əlavə 4 filial açıb, 2 bankomat və 11 POS-terminal quraşdırıb. Eyni zamanda bankın işçilərinin sayı 22% artaraq 321 nəfər, orta aylıq əmək haqqı isə 34,6% artaraq 350 manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 2 mübadilə məntəqəsi, 11 bankomatı və 42 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR