Bank Of Baku

Son beş ildə Azərbaycanda vergi ödəyicilərinin sayı iki dəfədən çox artıb

Son beş ildə Azərbaycanda vergi ödəyicilərinin sayı iki dəfədən çox artıb
# 17 oktyabr 2008 09:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən vergi ödəyicilərinin sayı son 5 il ərzində 107 min artaraq bu il 200 minə çatıb. «APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib.
F.Məmmədovun sözlərinə görə, vergi ödəyicilərinin sayı 2003-cü ildə 93 min olub. Ölkədə sahibkarlığın inkişafı, bu sahəyə göstərilən diqqət nəticəsində onların sayı artmaqdadır. Artıq 92 mindən çox sahibkar öz vergi bəyannamələrinin təqdim olunmasında və vergi ödənişlərində elektron xidmətlərdən istifadə etməyə başlayıb.
Nazir onu da vurğulayıb ki, informasiya resurslarının imkanlarından istifadə etməklə 2008-ci ilin yanvar-sentyabr ayları ərzində 689,8 mln. manat vəsaitin büdcədən yayındırılmasının qarşısı alınıb ki, bu da büdcəyə təmin olunmuş ümumi daxilolmanın 15,7%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR