Bank Of Baku

«AzSığorta» şirkəti ötən ilə nisbətən daxilolmalarını 44% artırıb

«AzSığorta» şirkəti ötən ilə nisbətən daxilolmalarını 44% artırıb
# 17 oktyabr 2008 09:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 7,261 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin ümumi nəticələri ilə müqayisədə 44,1% çoxdur.
Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 5 dəfə artaraq 1,347 mln. manata çatıb.
Şirkətin sığorta daxilolmalarında 2,590 mln. manat «Yüklərin sığortası», 2,357 mln. manat «Əmlakın yanğından və digər risklərdən sığortası», 1,017 mln. manat «Avtonəqliyyat vasitələrinin sığortası» və 0,649 mln. manat «Mülki hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası» növlərinin payına düşüb.
Ödənişlərin strukturunda isə 624 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası», 469,160 min manat «Avtonəqliyyat vasitələrinin sığortası», 95,156 min manat «Mülki hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası» və 33,169 min manat isə «Tibbi sığorta» növləri üzrə ödənilib.
Qeyd edək ki, şirkətin bu ilin ilk 9 ayında sığorta daxilolmalarının həcmi könüllü sığorta növləri üzrə 6,821 mln. manat, icbari sığorta növləri üzrə 0,440 mln. manat təşkil edib.
Ödənişlərdə 1,288 mln. manat könüllü sığorta növlərinin, 0,059 mln. manat isə icbari sığorta növlərinin payına düşüb.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Cari oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda şirkətin respublika üzrə 7 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR