Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə büdcə ödənişləri 48% artıb

Yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə büdcə ödənişləri 48% artıb
# 17 oktyabr 2008 10:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə qeyri-neft sektoru üzrə 1,737 mlrd. manat vəsait daxil olub ki, bu da 2007-ci ilin müvafiq dövrünün göstəricisindən 48,4% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib.
F.Məmmədovun sözlərinə görə, ARDNŞ-in vergiləri, neft konsorsiumlarının ödədiyi mənfəət vergisi və subpodratçıların ödədiyi vergilər, habelə dövlət sektoru üzrə toplanan vergilər nəzərə alınmadan belə, bu sektordan vergi daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 2,2 dəfə və ya 551,4 mln. manat artıb. Nəticədə, qeyri-neft sektorundan vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi 2008-ci ildə 17,6%-ə qədər artıb.
Büdcəyə ödənilmiş vergilərin artımı son beş ildə sənayedə 4, maşın və avadanlıqların istehsalında 45,9, ticarət sahəsində 20, xidmət sahəsində 17, bank və sığorta fəaliyyətində 12, geyim istehsalında 14, mehmanxana fəaliyyətində 4,1 dəfə təşkil edib.
Tikinti sektorundan daxilolmalar 7 dəfə artıb və təkcə 2008-ci ilin 9 ayı ərzində bu sektordan 330,3 mln. manat vergi hesablanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR