Bank Of Baku

«Azərbaycan Kredit Bankı» son bir ildə mənfəətini 42% azaldıb

«Azərbaycan Kredit Bankı» son bir ildə mənfəətini 42% azaldıb
# 17 oktyabr 2008 10:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Kredit Bankı» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 26,103 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstərici ilə müqayisədə 16% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə kredit portfeli 14,8% artaraq 23,820 mln. manata, o cümlədən istehlak kreditləri 7,3% artaraq 10,931 mln. manata, həmçinin depozit portfeli 72,2% genişlənərək 6,043 mln. manata, o cümlədən əhalinin əmanətləri 2,2 dəfə artaraq 4,880 mln. manata çatıb.
Bankın məcmu kapitalı 7,6% artaraq 11,337 mln. manat, o cümlədən nizamnamə kapitalı 5,8% artaraq 10,205 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,3% artaraq 3,820 mln. manat, xərcləri isə 96,4% artaraq 3,807 mln. manat olub. Nəticədə, «Azərbaycan Kredit Bankı»nın mənfəəti son bir ildə 42,3% azalaraq 348 min manata çatıb.
Həmçinin, bu dövr ərzində bankın işçilərinin sayı 11% artaraq 51 nəfər, işçilər üçün orta aylıq əmək haqqı isə 63% artaraq 1 369 manat olub.
Xatırladaq ki, təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» SKB 2005-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR