Bank Of Baku

«Texnikabank» tezliklə Rusiya və Türkiyə nümayəndəlik açacaq

«Texnikabank» tezliklə Rusiya və Türkiyə nümayəndəlik açacaq
# 17 oktyabr 2008 10:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ildə xaricdə nümayəndəliklər açmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə «Texnikabank» SKB-dən məlumat verilib.
Bankın inkişaf strategiyasına uyğun olaraq, ilk xarici nümayəndəliklərin Rusiya və Türkiyədə açılması nəzərdə tutulur. Hazırda hər iki ölkənin müvafiq strukturları ilə bununla bağlı danışıqlar aparılır.
Qeyd edək ki, «Texnikabank» SKB-nin aktivlərinin həcmi cari ilin oktyabr ayının 1-nə 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, məcmu kapitalı 57,438 mln. manat təşkil edib. Hazırda «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 şöbə, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR