Bank Of Baku

«Texnikabank» indiyədək 30 mln. manatdan çox ipoteka krediti ayırıb

«Texnikabank» indiyədək 30 mln. manatdan çox ipoteka krediti ayırıb
# 17 oktyabr 2008 10:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) indiyədək ümumi məbləği 30 mln. manatdan çox olan 782 ipoteka krediti verib. Bu barədə «APA-Economics»ə «Texnikabank» SKB-dən məlumat verilib.
Bunun 11 mln. manatını Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti təşkil edib. «Texnikabank»ın verdiyi ipoteka kreditlərinin 6,5 mln. manatını Qara Dəniz Ticarət və İnkişaf Bankından alınmış vəsait, 12,5 mln. manatı isə bankın öz vəsaitləri təşkil edib. Verilmiş ipoteka kreditlərinin orta məbləği 40 min manatdır.
Qeyd edək ki, AİF tərəfindən maliyyələşdirilən «Texnikabank» SKB ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin əvvəlindən başlayıb və verilən ipoteka kreditlərinin sayına görə Azərbaycan bankları arasında ilk yeri tutur.
Qeyd edək ki, «Texnikabank» SKB-nin aktivlərinin həcmi cari ilin oktyabr ayının 1-nə 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, məcmu kapitalı 57,438 mln. manat təşkil edib. Hazırda «Texnikabank»ın respublika üzrə 35 filialı, 2 şöbəsi, 3 mübadilə şöbəsi və 46 bankomatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR