Bank Of Baku

«AzSığorta» şirkəti «Standard & Poor’s»dan beynəlxalq reytinq alacaq

«AzSığorta» şirkəti «Standard & Poor’s»dan beynəlxalq reytinq alacaq
# 17 oktyabr 2008 12:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti yaxın 3 il ərzində «Standard & Poor’s» beynəlxalq reytinq agentliyindən reytinq dərəcəsi almaq niyyətindədir.
Şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlının «APA-Economics»ə verdiyi məlumata görə, reytinq dərəcəsinin alınmasında məqsəd şirkətin sığorta xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. «Biz bu standartların «AzSığorta»da tətbiqi ilə bağlı 2009-cu ildən etibarən müvafiq işlərə başlayacağıq. Çünki, reytinq dərəcəsi ilə bağlı müraciət edən sığorta şirkəti bazarda ən azı 5 illik təcrübəyə malik olmalıdır. Hazırda biz Azərbaycan sığorta bazarında 2 ildir ki, fəaliyyət göstəririk. Bu səbəbdən, 2011-ci ilədək bütün proseslərdən keçərək «Standard & Poor’s» təşkilatından reytinq dərəcəsi almaq niyyətindəyik», - deyə X.Məmmədxanlı bildirib.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları sırasında ilk reytinq dərəcəsi alan «Standard İnsurance» şirkəti olub. Belə ki, 2007-ci ilin oktyabrında şirkət «Moody’s Investors Service» beynəlxalq agentliyindən müsbət proqnozlu «B1» səviyyəli maliyyə sabitliyi reytinqi alıb.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Cari ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta daxilolmalarının həcmi 7,261 mln. manat, sığorta ödənişləri isə 1,347 mln. manat olub. Bu ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda «AzSığorta»nın respublika üzrə 7 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR