Bank Of Baku

«Atrabank»ın mənfəəti son bir ildə iki dəfədən çox azalıb

«Atrabank»ın mənfəəti son bir ildə iki dəfədən çox azalıb
# 17 oktyabr 2008 12:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 34,093 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 4,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 21% azalaraq 4,191 mln. manata, kredit portfeli 11,3% genişlənərək 25,612 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi artaraq 43,6% 4,619 mln. manata çatıb.
Bankın məcmu kapitalı 5,4% artaraq 11,474 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,6% artaraq 10,425 mln. manat olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 11% artaraq 3,096 mln. manat, xərcləri isə 28% artaraq 2,841 mln. manat olub. Nəticədə, bankın mənfəəti 2,2 dəfə azalaraq 255 min manat təşkil edib.
Bundan başqa, bank son bir ildə əlavə 3 filial açıb, 5 bankomat və 31 POS-terminal quraşdırıb. Həmçinin, bu müddət ərzində bankın işçilərinin sayı 22,3% artaraq 126 nəfər, orta aylıq əmək haqqı isə 12% artaraq 477 manat təşkil edib.
Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın respublika üzrə 11 filialı, 1 mübadilə məntəqəsi, 11 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR