Bank Of Baku

Azərbaycan İpoteka Fondu 2008-ci ilin maliyyə hesabatlarının auditinin keçirilməsi üçün tender elan edib

Azərbaycan İpoteka Fondu 2008-ci ilin maliyyə hesabatlarının auditinin keçirilməsi üçün tender elan edib
# 17 oktyabr 2008 12:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondu (AİF) 2008-ci ilin maliyyə hesabatlarının auditinin keçirilməsi üçün tender keçirir. Bu barədə «APA-Economics»ə Tender Komissiyasından məlumat verilib.
Tender prosedurası noyabrın 21-də AİF-in inzibati binasında keçiriləcək. İddiaçılar tender təklifi və təklifin bank zəmanətini noyabrın 20-dək, digər sənədləri isə noyabrın 14-dək Tender Komissiyasına təqdim etməlidir. Tenderdə iştirak haqqı 100 manatdır.
İşlərə tender üzrə satınalma müqaviləsi imzalanan gündən başlanılacaq və 45 gün davam edəcək.
Əlaqə telefonu: (+994 12) 441 24 23 (daxili 110).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR