Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun əhaliyə ödənişləri son 5 ildə 4,6 dəfə artıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun əhaliyə ödənişləri son 5 ildə 4,6 dəfə artıb
# 17 oktyabr 2008 15:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcmu gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 34% artaraq 959 mln. manat olub. «APA-Economics»in məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib.
S.Müslümovun sözlərinə görə, Fondun gəlir proqnozu qeyri-büdcə təşkilatları üzrə 100,1% icra olunub.
Fondun xərcləri isə hesabat dövründə 980 mln. manat təşkil edib. Bu vəsaitin 97%-i və ya 949 mln. manatı əhaliyə ödənişlərə yönəldilib. Bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 37% çoxdur. Xərclərin 97%-ni pensiya ödəmələri təşkil edib.
S.Müslümov onu da qeyd edib ki, son 5 ildə DSMF-dən əhaliyə ödənişlər 4,6 dəfə artaraq 1,349 mlrd. manata çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR