Bank Of Baku

«AGBank» son bir ildə aktivlərini 61% artırıb

«AGBank» son bir ildə aktivlərini 61% artırıb
# 17 oktyabr 2008 15:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankının (SİB) aktivlərinin həcmi 2008-ci ilin oktyabrın 1-nə 217,293 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan göstərici ilə müqayisədə 60,6% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə kredit portfeli 76,6% artaraq 159,889 mln. manata, depozit portfeli isə 56,6% genişlənərək 140,183 mln. manata çatıb.
Bankın məcmu kapitalı 62,1% artaraq 30,08 mln. manat, o cümlədən nizamnamə kapitalı 45% artaraq 15 mln. manat təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% artaraq 25,510 mln. manat, xərcləri isə 54% artaraq 18,727 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti son bir il ərzində 2,7 dəfə artıb və 6,783 mln. manata çatıb.
Xatırladaq ki, «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 13 filialı, 4 şöbəsi, 52 bankomatı, 375 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR