Bank Of Baku

«Bank of Baku» son bir ildə xalis mənfəətini üç dəfədən çox artırıb

«Bank of Baku» son bir ildə xalis mənfəətini üç dəfədən çox artırıb
# 17 oktyabr 2008 15:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 185,149 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstəricidən 63,6% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 59% genişlənərək 145,616 mln. manata, kredit portfeli 73,3% artaraq 153,773 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 82,4% artaraq 89,631 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 69,4% artaraq 25,521 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 6,8 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 30,229 mln. manat, xərcləri isə 73,1% artaraq 20,790 mln. manat olub. Nəticədə, son bir ildə bankın mənfəəti 3,5 dəfə artaraq 9,439 mln. manat, xalis mənfəəti isə 3,4 dəfə artaraq 7,362 mln. manat təşkil edib.
Bundan başqa, bank bu müddət ərzində əlavə 1 filial və 1 şöbə açıb, 3 bankomat və 16 POS-terminal quraşdırıb. Həmçinin, bankın işçilərinin sayı 22,8% artaraq oktyabrın 1-nə 452 nəfər təşkil edib.
Xatırladaq ki, «Bank of Baku» SKB 1994-cü il fevral ayından «Tuqay Bank» kimi fəaliyyətə bəşlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Bankın hazırda respublika üzrə 15 filialı, 2 şöbəsi, 23 bankomatı və 226 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR