«APA-Economics»in Maliyyə Nazirliyinin məlumatları əsasında apardığı araşdırmaya görə, toplanmış sığorta haqlarının həcminə görə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti liderlik edir. Belə ki, şirkətin bu ilin ilk 9 ayında topladığı sığorta haqlarının həcmi 16,11 mln. manat təşkil edib. Nəticədə, «Azərsığorta» şirkətinin ümumi sığorta daxilolmalarının strukturunda xüsusi çəkisi 10,8%-ə bərabər olub.
İlk üçlüyə həmçinin «MBASK» (15,72 mln. manat və ya 10,6%) və Beynəlxalq Sığorta Şirkəti (15,04 mln. manat və ya 10,1%) daxildir. Bu üç şirkətin sığorta daxilolmalarının ümumi həcmi məcmu sığorta haqlarının 31,5%-nə bərabərdir.
Qeyd edək ki, ölkədəki mövcud 28 sığorta təşkilatından 22-nin daxilolmaları 1 mln. manat səviyyəsindən artıq olub.
Şirkətlər sırasında ən az sığorta haqqı isə «Qala Sığorta» şirkəti toplayıb. Bu şirkətin daxilolmalarının həcmi 20 min manat (0,13%) təşkil edib. Xatırladaq ki, «Qala Sığorta» üçün müddətsiz lisenziya Maliyyə Nazirliyi tərəfindən 2008-ci ilin iyul ayının 31-də verilib.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin daxilolmaları üzrə tərtib etdiyi 9 aylıq renkinq göstərilir:
Sığorta təşkilatları
| Sığorta haqları
| |
1 | Azərsığorta | 16,11 |
2 | MBASK | 15,72 |
3 | Beynəlxalq Sığorta Şirkəti | 15,04 |
4 | Atəşgah | 13,97 |
5 | Azalsığorta | 13,09 |
6 | Standard İnsurance | 12,50 |
7 | Bakı Sığorta | 7,50 |
8 | Xalq Sığorta | 7,33 |
9 | AzSığorta | 7,19 |
10 | Paşa Sığorta | 6,56 |
11 | Qarant Sığorta | 5,75 |
12 | A-Group | 5,12 |
13 | AtaSığorta | 2,91 |
14 | Star Alliance | 2,73 |
15 | Başak-İnam | 2,72 |
16 | Günay Anadolu | 2,44 |
17 | Kavkaz Sığorta | 2,08 |
18 | Azərbaycan Sənaye Sığorta | 1,68 |
19 | Era Trans | 1,65 |
20 | BE&G | 1,61 |
21 | AIG Caspian | 1,26 |
22 | Thames Insurances Group | 1,11 |
23 | Azərqarant | 0,70 |
24 | Alfa Sığorta | 0,70 |
25 | Əmrah Sığorta | 0,38 |
26 | Fidan Sığorta | 0,33 |
27 | Nişan Sığorta | 0,05 |
28 | Qala Sığorta | 0,02 |
Lisenziyası ləğv olunmuş sığortaçılar | ||
1 | «Abşeron» | 0,32 |
2 | «Azər-Asiya» | 0,11 |
| Y E K U N | 148,70 |
Qeyd: Cədvəl Maliyyə Nazirliyinin təcili məlumatları əsasında hazırlanıb.