«APA-Economics»in Maliyyə Nazirliyinin məlumatları əsasında apardığı araşdırmaya görə, sığorta ödənişlərinin həcminə görə «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti liderlik edir. Belə ki, dövlət şirkətinin bu ilin ilk 9 ayında həyata keçirdiyi ödənişlərin həcmi 9,29 mln. manata bərabər olub və bu, respublika üzrə məcmu sığorta ödənişlərinin 22,9%-ni təşkil edir.
İlk üçlüyə həmçinin «Paşa Sığorta» (4,98 mln. manat və ya 12,3%) və «MBASK» (4,50 mln. manat və ya 11,1%) sığorta şirkətləri daxildir. Qeyd edək ki, bu üçlük üzrə sığorta ödənişlərinin həcmi şirkətlər tərəfindən həyata keçirilən ümumi sığorta ödənişlərinin həcminin 46,5%-nə bərabərdir.
Həmçinin bildirilir ki, hesabat dövründə ölkədəki üç sığorta şirkəti («Nişan Sığorta» və «Qala Sığorta») heç bir ödəniş aparmayıb. Xatırladaq ki, «Qala Sığorta» üçün müddətsiz lisenziya Maliyyə Nazirliyi tərəfindən 2008-ci ilin iyul ayının 31-də verilib.
Şirkətlər sırasında ən az sığorta ödənişi isə «Qarant Sığorta» şirkəti tərəfindən həyata keçirilib. Bu şirkətin sığorta ödənişlərinin həcmi cəmi 10 min manat (0,2%) təşkil edib. Qeyd edək ki, bu, (10 min manat) «Qarant Sığorta» şirkətinin fəaliyyət göstərdiyi tarixdən (2007, noyabr) indiyədək həyata keçirdiyi ilk ödənişdir.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlər üzrə tərtib etdiyi renkinq göstərilir:
|
Sığorta təşkilatları
| Sığorta ödənişləri
|
1 | Azərsığorta | 9,29 |
2 | Paşa Sığorta | 4,98 |
3 | «MBASK» | 4,50 |
4 | Atəşgah» | 3,17 |
5 | Beynəlxalq Sığorta Şirkəti | 3,10 |
6 | A-Group» | 2,84 |
7 | Standard İnsurance» | 2,78 |
8 | AzSığorta» | 1,35 |
9 | Xalq Sığorta» | 1,24 |
10 | Başak-İnam» | 1,12 |
11 | Kavkaz Sığorta» | 0,81 |
12 | Era Trans» | 0,80 |
13 | BE&G» | 0,65 |
14 | Bakı Sığorta» | 0,58 |
15 | AtaSığorta» | 0,45 |
16 | Azərbaycan Sənaye Sığorta» | 0,44 |
17 | Azalsığorta» | 0,44 |
18 | Thames Insurance Group» | 0,29 |
19 | Star Alliance» | 0,27 |
20 | Alfa Sığorta» | 0,22 |
21 | AIG Caspian | 0,16 |
22 | Fidan Sığorta | 0,12 |
23 | Azərqarant | 0,11 |
24 | Günay Anadolu | 0,10 |
25 | Əmrah Sığorta | 0,08 |
26 | Qarant Sığorta | 0,01 |
27 | Nişan Sığorta | 0,00 |
28 | Qala Sığorta | 0,00 |
Lisenziyası ləğv olunmuş sığortaçılar | ||
1 | Abşeron | 0,05 |
2 | Azər-Asiya | 0,46 |
| Y E K U N | 40,40 |
Qeyd: Cədvəl Maliyyə Nazirliyinin təcili məlumatları əsasında hazırlanıb.