Bank Of Baku

Azərbaycan Milli Bankı: Dünya maliyyə böhranı ölkə üçün böyük təhlükə yaratmır

Azərbaycan Milli Bankı: Dünya maliyyə böhranı ölkə üçün böyük təhlükə yaratmır
# 20 oktyabr 2008 08:36 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Bankının (AMB) yaydığı bəyanatında bildirilir: «Bu cür məlumatlar cəfəngiyatdan başqa bir şey deyil və Azərbaycan banklarının müsbət imicinə zərər gətirən şayiələrdir».
AMB bu bəyanatı ilə ölkə ictimaiyyətini əmin edir ki, dünyada baş verən qlobal iqtisadi böhran görülmüş qabaqlayıcı tədbirlər, maliyyə bazarlarında tətbiq olunan çevik alətlər sayəsində dünya bazarlarına yeni inteqrasiya olunan Azərbaycan bank sistemi üçün böyük təhlükə yaratmır. «Azərbaycanın heç bir bankının maliyyə gərginliyi yoxdur və banklarımız normal iş rejimində fəaliyyətlərini davam etdirir», - deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, dünya maliyyə böhranının Azərbaycan bank sisteminə mənfi təsirinin qarşısını almaq məqsədilə AMB bu ilin oktyabr ayının uçot dərəcəsini 15%-dən 12%-dək, faiz dəhlizin yuxarı həddini 20%-dən 17%-dək, manat və valyuta depozitləri üzrə məcburi ehtiyat normalarını 12%-dən 9%-dək, xarici öhdəliklər üzrə məcburi ehtiyat normasını isə 5%-dən 0%-dək endirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR