Bank Of Baku

Azərbaycanda «Korporativ və büdcə sektorunda hesabatlılıq Layihəsi»nin icrasına ilin sonunda başlanacaq

Azərbaycanda «Korporativ və büdcə sektorunda hesabatlılıq Layihəsi»nin icrasına ilin sonunda başlanacaq
# 20 oktyabr 2008 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunda Azərbaycanda «Korporativ və büdcə sektorunda hesabatlılıq Layihəsi»nin (CAP/SAP) icrasına başlanması nəzərdə tutulur.
Azərbaycan Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Nazirliyin tərkibində layihənin idarəetmə qrupunun yerli məsləhətçilərin fərdi qaydada seçilməsi vasitəsilə yaradılması nəzərdə tutulur. Layihənin əsas məqsədi ən yaxşı beynəlxalq təcrübələr əsasında korporativ və büdcə sektorlarında maliyyə hesabatlarında şəffaflığı və hesabatlılığı gücləndirmək, mühasibat və audit sahəsində mütəmadi təlimlərin keçirilməsini təşkil etməkdir. Layihə 4 komponentdən ibarətdir ki, bura korporativ və büdcə sektorlarının hesabatlılığı, peşəkar mühasiblər üçün təlim, təhsil və tədqiqat mərkəzinin yaradılması və layihənin idarə olunması daxildir.
Layihənin icrası idarəetmə qrupu vasitəsilə Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bundan başqa, Maliyyə Nazirliyi idarəetmə qrupu üçün layihənin idarəetmə qrupunun direktoru, maliyyə mütəxəssisi, satınalmalar üzrə mütəxəssisi, monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi və ofis meneceri köməkçisi vəzifələrinin tutulmasına dair maraqların ifadə olunması sorğusunu elan edib. Müsabiqə iştirak etmək istəyənlər bu ilin oktyabrın 29-dək sənədlərini təqdim etməlidir.
Qeyd edək ki, layihənin dəyəri 24 mln. ABŞ dolları təşkil edir. Bunun 8 mln. dollarını Azərbaycan hökuməti, 11 mln. dollarını IBRD (ilk 10 ili güzəştli şərtlərlə, illik 0,75% dərəcəsi ilə 35 il müddətinə ayrılan kredit), 3 mln. dollarını Yaponiya hökuməti (birgə maliyyələşdirmə qrantı üzrə) və 2 mln. dollarını İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO, qrant) ayıracağı nəzərdə tutulub.
Əlaqə telefonu: (+994 12) 404-47-29.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR