Bank Of Baku

«Muğan Bank» son bir ildə xalis mənfəətini 57% artırıb

«Muğan Bank» son bir ildə xalis mənfəətini 57% artırıb
# 20 oktyabr 2008 09:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Muğan Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 91,851 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstərici ilə müqayisədə 24,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 26,1% genişlənərək 34,434 mln. manata, kredit portfeli 54,4% artaraq 67,294 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 37,9% azalaraq 14,253 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 22,3% artaraq 14,981 mln. manat, o cümlədən nizamnamə kapitalı 20% artaraq 12 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 74,2% artaraq 10,524 mln. manat, xərcləri isə 78% artaraq 8,982 mln. manat olub. Nəticədə, bankın mənfəəti 55,3% artaraq 1,541 mln. manat, xalis mənfəəti isə 57,4% artaraq 1,307 mln. manat təşkil edib.
Bundan başqa, bank son bir ildə əlavə 7 filial açıb, 8 bankomat və 19 POS-terminal quraşdırıb. Həmçinin, bu müddət ərzində bankın işçilərinin sayı 40,2% artaraq 286 nəfərə çatıb.
Xatırladaq ki, «Muğan Bank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 23 filialı, 25 bankomatı və 62 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR