Bank Of Baku

«NBCBank» son bir ildə depozit portfelini 5 dəfə genişləndirib

«NBCBank» son bir ildə depozit portfelini 5 dəfə genişləndirib
# 20 oktyabr 2008 09:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2008-ci ilin oktyabr ayının 1-nə 37,414 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 55% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə depozit portfeli 5 dəfə genişlənərək 12,785 mln. manata, kredit portfeli 84,2% artaraq 30,516 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 96,5% artaraq 29,640 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 32,6% artaraq 14,875 mln. manat, o cümlədən nizamnamə kapitalı 27,6% artaraq 13,589 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 6,241 mln. manat, xərcləri isə 3,2 dəfə artaraq 5,441 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 26,8% artaraq 800 min manat, xalis mənfəəti isə 19,3% artaraq 717 min manat olub.
Bundan başqa, bank son bir ildə əlavə 2 filial açıb, 1 bankomat və 15 POS-terminal quraşdırıb. Həmçinin, bu müddət ərzində bankın işçilərinin sayı 44,4% artaraq oktyabrın 1-nə 130 nəfər təşkil edib.
Xatırladaq ki, «NBCBank» SKB 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb və 2002-ci ildə brendini dəyişdirib. Hazırda bankın respublika üzrə 6 filialı, 6 mübadilə məntəqəsi, 6 bankomat və 44 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR