Bank Of Baku

«Standard İnsurance» şirkəti son bir ildə sığorta daxilolmalarını 14% artırıb

«Standard İnsurance» şirkəti  son bir ildə sığorta daxilolmalarını 14% artırıb
# 20 oktyabr 2008 10:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Standard İnsurance» sığorta şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 12,5 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin risklər üzrə ödənişləri 6,8% artaraq 2,2 mln. manata çatıb.
Qeyd edək ki, şirkətin bu ilin ilk 9 ayında topladığı sığorta daxilolmalarının həcmi respublika üzrə məcmu sığorta haqlarında xüsusi çəkisi 8,4%-ə, ödənişlərdə isə 1,5%-ə bərabər olub.
Xatırladaq ki, Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətləri tərəfindən bu ilin yanvar-sentyabr aylarında toplanan məcmu sığorta daxilolmalarının həcmi 148,7 mln. manat, ödənişləri isə 40,4 mln. manat təşkil edib.
Qeyd edək ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard İnsurance» şirkəti 2002-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR