Bank Of Baku

Azərbaycanın birja valyuta bazarının dövriyyəsi ötən həftə 28% artıb

Azərbaycanın birja valyuta bazarının dövriyyəsi ötən həftə 28% artıb
# 20 oktyabr 2008 11:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın birja valyuta bazarının həftəlik dövriyyəsi cari ilin oktyabrın 13-dən 17-dək 65,864 mln. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 27,6% çoxdur.
Həftəlik dövriyyənin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Göründüyü kimi, oktyabrın 13-də tələbat olmadığanə görə, birja dövriyyəsi sıfıra bərabər olub, oktyabrın 15-i isə ölkədə keçirilən prezidenti seçkiləri ilə bağlı qeyri-iş günü olub.
Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,8089 manatdan 0,8086 manatadək dəyişib, yəni bu müddət ərzində dolların məzənnəsi 0,04% düşüb.
Qeyd edək ki, həftə ərzində rəsmi məzənnə 0,09%, nağd alış məzənnəsi (banklar üzrə orta göstəricisi) 0,12%, nağd satış məzənnəsi isə 0,07% enib:




Göründüyü kimi, ötən həftə məzənnələrin dinamikası dəyişkənliklə seçilib. Eyni vəziyyət avronun məzənnəsi üzrə də müşahidə olunub:




Lakin avronun məzənnəsinin enib-qalxması daha nəzərə çarpan olub. Belə ki, avronun həftəlik ucuzlaşması 0,74%-ə bərabər olub və bu, dolların rəsmi məzənnəsinin enib-qalxması dinamikasından qat-qat artıqdır.
Bir fakt özünə diqqət cəlb edir: ötən həftə həm dollar, həm də avro manata qarşı ucuzlaşıb, halbuki dünya bazarlarında bu valyutalar antipoddur, yəni birinin enməsi digərinin artması ilə müşayiət olunur. Xüsusilə, ötən həftə dünya bazarında dolların avroya qarşı bahalaşması qeyd alınıb və bu, neftin qiymətinin enməsi fonunda baş verib.
Neft qiymətlərinin həftəlik enməsi isə 14% təşkil edib ki, nəticədə neftin 1 barelinin qiyməti 70 dollardan aşağı düşüb. Bu isə artıq 14 aylıq minimum deməkdir. Ümumilikdə, il ərzində neftin qiyməti 2 dəfə azalıb. Lakin neft qiymətləri və dolların dəyəri arasında birbaşa əlaqə olmadığına görə, bu proseslər hazırkı şəraitdə səbəb və nəticə kimi qiymətləndirilə bilməz.
Dolların məzənnəsinin artması fond və ümumilikdə maliyyə bazarlarında vəziyyətlə bağlıdır. Qeyd edək ki, maliyyə bazarlarında investorlar tərəfindən müəyyən dərəcədə riskli olan alətlərdən öz aktivlərini geri çıxarması prosesi davam edir. Nəticədə, investorların dollara olan tələbatı artıb.
Düzdür, bu proseslər hələ Azərbaycandan yan keçir. Bu isə qiymətli kağızlar bazarının zəif olması, həmçinin portfel sərmayələrinin ümumi investisiyada xüsusi çəkisinin aşağı səviyyədə olması ilə bağlıdır.
Birja valyuta bazarının həcm göstəriciləri bankların və onların müştərilərinin dollara olan tələbatının qeyri-müəyyən olmasını əks etdirir. Çünki həcmlərin bu dərəcədə templə dəyişməsi üçün hər hansı makroiqtisadi müqəddimə yoxdur. Bununla belə, birja valyuta bazarında rubl və avro üzrə də əqdlərin bağlanması prosesi sabit deyil. Lakin bu, avro və rubl üzrə əməliyyatların ümumiyyətlə aparılmadığını göstərmir (bu valyutalar üzrə əməliyyatlar əsasən açıq banklararası valyuta bazarında və bankdaxili mübadilə əməliyyatları formasında aparılır).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR