Bank Of Baku

Azərbaycan Depozitlərin Sığortalanması üzrə Avropa Forumuna üzv olub

Azərbaycan Depozitlərin Sığortalanması üzrə Avropa Forumuna üzv olub
# 20 oktyabr 2008 11:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Depozitlərin Sığortalanması üzrə Avropa Forumuna (EFDI) üzv qəbul olunub.
ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, EFDI 2002-ci ilin oktyabr ayında yaradılıb və hazırda 39 Avropa ölkəsinin əmanətlərin sığortalanması üzrə 54 qurumu bu təşkilatın üzvüdür.
Xatırladaq ki, ƏSF 2007-ci il avqustun 13-dən fəaliyyətə başlayıb. Ölkədə fəaliyyət göstərən 45 bankdan 38-i fondun üzvüdür. Üzv banklardakı əmanətçilərin əmanətləri Fond tərəfindən 100%, lakin 6 min manat olmaqla sığortalanır. Banklar tərəfindən quruma ödənilən birdəfəlik üzvlük haqqı isə 10 min manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR