Bank Of Baku

Azərbaycan gələn il hərbi xərclərini 10% azaldacaq

Azərbaycan gələn il hərbi xərclərini 10% azaldacaq
# 20 oktyabr 2008 12:27 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü Zahid Oruc məlumat verib.
Z.Orucun sözlərinə görə, 2009-cu ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik sektoru üçün 1 205,520 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. Bunun 1 115,948 mln. manatı müdafiə qüvvələrinə, 84,561 mln. manatı milli təhlükəsizlik, 2,633 mln. manatı tətbiqi tədqiqatlar, 2,376 mln. manatı isə digər kateqoriyalar üzrə xərclərdir.
«Müdafiə xərclərinin 2008-ci illə müqayisədə az olması əsaslı investisiya qoyuluşlarının artıq əvvəlki illərdə həyata keçirilməsi ilə bağlıdır. Bununla belə, gələn il də müdafiə sektoru diqqət mərkəzində olacaq, hərbçilərin sosial müdafiəsi sahəsində mühüm işlərin görülməsi nəzərdə tutulur», - deyə Z.Oruc vurğulayıb.
Qeyd edək ki, dövlət büdcəsinin «Müdafiə xərcləri» funksional təsnifatı üzrə müdafiə qüvvələrinə ayrılan vəsaitlərin həcmi 2008-ci ilə nisbətən 19%, milli təhlükəsizlik sektoruna ayrılan vəsaitlər 12%, digər kateqoriyalar üzrə ayrılan vəsait 31% artırılıb, tətbiqi tədqiqatlara yönəldilən vəsait isə 2% azaldılıb.
Xatırladaq ki, Azərbaycanın 2009-cu il dövlət büdcəsinin layihəsi ötən həftə ölkə hökuməti tərəfindən parlamentə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR