Bank Of Baku

APA informasiya agentliyinin veb-saytında bələdiyyə istiqrazları ilə bağlı forum keçirilir

APA informasiya agentliyinin veb-saytında bələdiyyə istiqrazları ilə bağlı forum keçirilir
# 20 oktyabr 2008 13:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək» İctimai Birliyi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə «Bələdiyyə ilə ictimaiyyət münasibətlərinin vəkilliyi» layihəsi çərçivəsində ictimaiyyət arasında bələdiyyə istiqrazlarına dair sorğu veb-forumu keçirir.
«APA-Economics»in məlumata görə, forumun əsas məqsədi əhalinin bələdiyyə istiqrazlarına münasibətini, bu qiymətli kağızı almaq imkan və məramını öyrənmək, həmçinin vətəndaşları məlumatlandırmaqdan ibarətdir.
Forum APA informasiya agentliyi tərəfindən dəstəklənir. Forumda iştirak etmək istəyənlər www.apa.az/forum veb-saytına daxil ola bilərlər.
Qeyd edək ki, sivil demokratik ölkələrdə bələdiyyə ərazisində önəmli layihələri həyata keçirmək üçün məhz bələdiyyə istiqrazları vasitəsilə maliyyə vəsaitləri cəlb olunur, yığılan pullarla əhəmiyyətli layihələr həyata keçirilir. Bələdiyyə istiqrazları əlverişli qiymətli kağız sayılır. Belə ki, əvvəlcədən müəyyən olunmuş müddət bitdikdən sonra istiqraz sahiblərinə istiqraza verilən pul, üstəlik faiz də ödənilir. Bununla yanaşı, bələdiyyə istiqrazları çox çevik borclanma alətidir, buraxılış şərtlərində vaxtından əvvəl ödənilməsi, faiz dərəcəsinin dəyişdirilməsi nəzərdə tutula bilər. Onlar girov predmeti kimi də istifadə olunur.
Bələdiyyə istiqrazlarının üstünlükləri cəlb edilmiş vəsaitlərin hesabına bələdiyyə ərazisində müvafiq infrastruktur və sosial layihələri həyata keçirmək, bank kreditləri ilə müqayisədə borc vəsaitlərini daha sərfəli şərtlərlə cəlb etmək, eyni vaxtda bir sıra kreditorların vəsaitlərini cəlb etməklə borclanma xərclərini azaltmaq və s. ibarətdir. Bələdiyyə istənilən halda istiqrazlar üzrə öhdəlikləri girovla, qarantiya ilə, həmçinin dövlət zəmanəti ilə təmin edə bilər.
Xatırladaq ki, bələdiyyə istiqrazlarının tədavülü və dövriyyəsi üzrə nəzarəti Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR