Bank Of Baku

Azərbaycanda ÜDM-nin adambaşına düşən həcmi 4,3 min dolları ötüb

Azərbaycanda ÜDM-nin adambaşına düşən həcmi 4,3 min dolları ötüb
# 20 oktyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 15% artaraq 30 370,4 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ÜDM-nin adambaşına düşən həcmi 3 554,4 manat (4 302,1 ABŞ dolları) təşkil edib.
Əlavə dəyərin 63,6%-i və yaxud 19 310,2 mln. manatı sənayedə, 5,5%-i (1 656,7 mln. manat) kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 6,6%-i (2 020,0 mln. manat) tikintidə, 4,8%-i (1 457,6 mln. manat) nəqliyyatda, 1,4%-i (435,6 mln. manat) poçt və rabitədə, 4,7%-i (1 426,6 mln. manat) topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlərdə, 0,8%-i (231,5 mln. manat) mehmanxana və restoran xidmətlərində, 5,8%-i (1 769,8 mln. manat) sosial və digər xidmət sahələrində yaradılıb, məhsula və idxala xalis vergilər ÜDM-nin 6,8%-ni təşkil edib.
Nəzərdən keçirilən dövrdə iqtisadiyyatın bütün sahələrində mal və xidmətlər istehsalının artımı davam edib və əvvəlki ilin eyni dövrü ilə müqayisədə sənayedə əlavə dəyər 14,3%, tikintidə 39,5%, kənd təsərrüfatında 8,3%, nəqliyyatda 13,3%, poçt və rabitə xidmətləri sahəsində isə 30,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR