Bank Of Baku

Yanvar-sentyabr aylarında Azərbaycandakı sığorta şirkətlərinin daxilolmaları 45% artıb

Yanvar-sentyabr aylarında Azərbaycandakı sığorta şirkətlərinin daxilolmaları 45% artıb
# 20 oktyabr 2008 13:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2008-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 148,7 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri sığorta riskləri üzrə ödənişlərinin həcmi 59,4% artaraq 40,4 mln. manata çatıb.
Sığorta haqlarının strukturunda həyat sığortası növləri üzrə toplanan ümumi daxilolmaların həcmi son bir il ərzində 2,9 dəfə artaraq 1,5 mln. manat, qeyri-həyat sığortası üzrə 48,9% artaraq 130,73 mln. manat, həmçinin icbari sığorta növləri üzrə isə 15,5% artaraq 16,47 mln. manat təşkil edib.
Sığorta ödənişlərində həyat sığortası növləri üzrə məcmu ödənişlərin həcmi 46,7% artaraq 0,22 mln. manat, qeyri-həyat sığortası 60,3% artaraq 32,55 mln. manat və icbari sığorta növləri üzrə ödənişlər 55,7% artaraq 7,63 mln. manat olub.
Xatırladaq ki, hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR