Bank Of Baku

«Qafqaz İnkişaf Bankı»nın məcmu kapitalı son bir ildə 2,3% azalıb

«Qafqaz İnkişaf Bankı»nın məcmu kapitalı son bir ildə 2,3% azalıb
# 20 oktyabr 2008 13:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 33,232 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan analoji göstəricidən 6,6% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 51,3% genişlənərək 2,535 mln. manata, kredit portfeli 8,3% artaraq 27,835 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 2,6 dəfə artaraq 2,953 mln. manata çatıb.
Həmçinin, bankın məcmu kapitalı 2,3% azalaraq 10,490 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5,9% artaraq 1,366 mln. manat, xərcləri isə 51,4% artaraq 1,444 mln. manat olub. Nəticədə, bank bu ilin ilk 9 ayını 78 min manat zərərlə başa vurub. Ötən ilin yanvar-sentyabr aylarında isə bankın mənfəəti 336 min manat təşkil edib.
Xatırladaq ki, təsisçisi Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan və Rusiya müəssisələri, bankları, təşkilatları və fiziki şəxslər olan «Qafqaz İnkişaf Bankı» 1996-cı ilin aprelində yaradılıb. Hazırda bankın respublika üzrə 2 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR