Bank Of Baku

«KredoBank»ın daha bir regional filialı açılıb

«KredoBank»ın daha bir regional filialı açılıb
# 20 oktyabr 2008 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «KredoBank» Səhmdar Kommersiya Bankı (SKB) Xaçmaz rayonunda filial açıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Xaçmaz rayonu, Z.Tağıyev küçəsi,9A ünvanında yerləşir. Həmçinin bildirilir ki, bankın müştəriləri yeni filial vasitəsi ilə bütün bank xidmətləri, o cümlədən pulköçürmə əməliyyatları, plastik kartlarla iş, mübadilə və digər əməliyyatlar həyata keçirə bilər.
Qeyd edək ki, hazırda Xaçmaz filialı da daxil olmaqla, bankın respublika üzrə 8 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» SKB 1994-cü ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR