Yanvar-sentyabr aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yatırılan sərmayənin həcmi 38% artıb
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 3 943,5 mln. manat və ya ümumi investisiyanın 62,8%-i, qeyri-dövlət müəssisələri 2 339,5 mln. manat və 37,2%-ə qədər sərmayə qoyub. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 55% artaraq 4 089,3 mln. manat olub. İstehsal təyinatlı obyektlərin inşasında 4 715,6 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 1 567,4 mln. manatlıq investisiyadan istifadə edilib.
Hesabat ilinin 9 ayında əsas kapitala yönəldilmiş vəsaitin 72,5%-i daxili investisiyalar, 27,5%-i isə xarici investisiyalar təşkil edib.
Daxili investisiya əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 75,6% üstələyib. Əsas kapitala yönəldilmiş daxili investisiyanın 83,5%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatların, 16,5%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.
Bu il büdcədən maliyyələşdirilməsi nəzərdə tutulan inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsindən 4 326,3 mln. manat vəsait nəzərdə tutulub. Hesabat dövründə bu vəsaitin 2 496,3 mln. manatından və ya 57,7%-dən istifadə edilib. İstifadə edilmiş investisiyanın ¾ hissəsindən çoxunu tikinti-quraşdırma işləri təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 794,7 mln. manat (ümumi investisiyanın 44,5%-i), bank kreditləri 248 mln. manat (3,9%-i), büdcə vəsaitləri 2 621,2 mln. manat (41,7%-i), büdcədənkənar fondların vəsaitləri 417 mln. manat (6,6%-i), əhalinin şəxsi vəsaitləri 198 mln. manat (3,2%-i), digər vəsaitlər isə 4,1 mln. manat (0,1%-i) təşkil edib.
Cari ilin ilk 9 ayı ərzində əsas kapitala yönəldilmiş bütün investisiyanın 45,2%-i sənaye sahələrinin inkişafına, 3,6%-i kənd təsərrüfatına, 0,4%-i ticarət və xidmətə, 23,8%-i nəqliyyata, 1,7%-i rabitəyə, 7,5%-i mənzil tikintisinə, 2,7%-i səhiyyəyə, 4,1%-i təhsilə, 11%-i isə digər sahələrə sərf edilib.
Əsas kapitala yönəldilmiş ümumi investisiyanın 4 197,2 mln. manatı (66,8%-i) qeyri-neft bölməsinin, 2 085,8 mln. manatı (33,2%-i) neft bölməsinin inkişafında istifadə edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft bölməsinə yönəldilmiş investisiyanın həcmi 96,1% yüksək olub.
Qeyd edək ki, 2008-ci ilin yanvar-sentyabr aylarında Ağdam, Salyan, Kürdəmir, Oğuz, Sabirabad və Qusar rayonlarında Olimpiya İdman Kompleksləri, Bakı şəhərində gücü 7 min ton olan illik pambıq emalı fabriki, Zaqatala rayonunda Hava Limanı, Şamaxı şəhərində məişət soyuducuları, Bərdə rayonunda asfalt-beton, Kürdəmir rayonunda konserv, Qəbələ rayonunda süd emalı, Saatlı rayonunda biyan və Balakən rayonunda yem istehsalı zavodları, Ağstafa rayonunda tikiş fabriki, Şəki rayonunda kolbasa məmulatı və pendir istehsalı sexləri, ölkənin müxtəlif bölgələrində 137,1 km uzunluğunda fiber-optik magistral kabel xətti və 67,7 min nömrəlik avtomat telefon stansiyaları, bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 035,7 min kv. metr olan yeni yaşayış evləri, 6 790 şagird yerlik ümumtəhsil məktəbləri, 197 çarpayılıq xəstəxana, növbədə 513 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 1 390 yerlik məktəbəqədər uşaq müəssisəsi, 840 yerlik klub, Babək rayonunda «Duzdağ» Fizioterapiya və Naxçıvan şəhərində Əyləncə İdman Mərkəzləri, Gəncə şəhərində, Qazax, Qəbələ və Zaqatala rayonlarında Müalicə Diaqnostika Mərkəzləri, Qəbələdə «Qafqaz» turizm istirahət kompleksi və «Yengicə İstisu» sağlamlıq və istirahət kompleksi, Balakən rayonunda Avtovağzal binası və digər obyektlər istifadəyə verilib.
Bununla yanaşı, cari ilin 9 ayında təbiətin mühafizəsi obyektlərinin inşasına 60,4 mln. manat məbləğində investisiya yönəldilib ki, bu vəsaitin 42,1 mln. manatı su mənbələrinin mühafizəsi və istifadəsinə, 16,6 mln. manatı torpaqların mühafizəsi və səmərəli istifadəsinə və 1,7 mln. manatı atmosferin mühafizəsinə sərf edilib.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb
Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib
Səfir: Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri ilə bağlı konfrans keçirilib
Sabahın hava proqnozu: Bakıda yağış yağacaq
Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 749 faizini təşkil edib
Binədə mağazada yanğın baş verib - VİDEO
Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO
İran: Əfqanıstanla sərhəddə silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib
Müvəqqəti işlər vəkili: ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
Apreldə çiyələk ixracı 5 dəfə artıb
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
İran milli komandasının bəzi üzvləri və məsul şəxsləri ABŞ-dan viza ala bilməyib
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib - VİDEO - FOTO
Borca görə axtarışda olan 111 nəfər saxlanılıb
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Leninqrad vilayəti üzərində 140-dan çox Ukrayna dronu vurulub
Azərbaycan nefti 99 dollar səviyyəsində ticarət olunur
"Bitcoin"in qiyməti 61 min dollardan aşağı enib
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Əmtəə bazarlarında gümüşün qiyməti 70 dollardan aşağı düşüb
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
Dünya bazarlarında neft ucuzlaşıb
Rusiya Zaporojyeyə dronlarla hücum edib, iki nəfər ölüb
Tramp: Tayvana ayrılmış 14 milyard dollarlıq silah paketinin taleyi hələ müəyyənləşməyib