Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin daxilolmaların artım tempi üzrə renkinqi

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin daxilolmaların artım tempi üzrə renkinqi
# 21 oktyabr 2008 07:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2008-ci ilin yanvar-sentyabr aylarında ümumilikdə 148,7 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur.
«APA-Economics»in sığorta şirkətlərinin daxilolmalarının artım tempi üzrə hazırladığı renkinqə əsasən, sığorta şirkətləri sırasında haqlar üzrə ən yüksək artım tempi «Bakı Sığorta» şirkəti üzrə qeydə alınıb. Belə ki, bu şirkətin son bir il ərzində sığorta haqlarının həcmi 68,2 dəfə (6718%) artırılaraq 7,5 mln. manata çatdırılıb.
Sonrakı iki yeri isə «Star Alliance» (618%) və «Günay Anadolu» (275%) şirkətləri tutub. Hər üç sığorta şirkətinin daxilolmalarının ümumi həcmi respublika üzrə məcmu sığorta haqlarının həcmində xüsusi çəkisi 8,5%-ə bərabərdir.
Bundan başqa, renkinqdə 4 sığorta şirkətinin daxilolmalarında azalma müşahidə olunub. Ən çox azalma isə «Alfa Sığorta» şirkətində (-41,2%) qeydə alınıb.
Aşağıda isə «APA-Economics»in sığorta şirkətlərinin haqlarının artım tempi üzrə tərtib etdiyi renkinq göstərilir:

Sığorta təşkilatları

Artım

1

Bakı Sığorta

6718%

2

Star Alliance

618%

3

Günay Anadolu

275%

4

Fidan Sığorta

267%

5

Kavkaz Sığorta

167%

6

BE&G

152%

7

AzSığorta

133%

8

Beynəlxalq Sığorta Şirkəti

114%

9

MBASK

81,3%

10

Azərbaycan Sənaye Sığorta

75,0%

11

Azərqarant

32,1%

12

Paşa Sığorta

30,7%

13

Əmrah Sığorta

26,7%

14

Nişan Sığorta

25,0%

15

Başak-İnam

17,2%

16

A-Group

17,2%

17

Azərsığorta

15,6%

18

Xalq Sığorta

14,1%

19

Standard İnsurance

12,7%

20

Atəşgah

8,7%

21

Era Trans

4,4%

22

Azalsığorta

0,3%

23

Thames Insurances Group

- 5,9%

24

AIG Caspian

- 6,7%

25

AtaSığorta

- 8,8%

26

Alfa Sığorta

- 41,2%

27

Qarant Sığorta

-

28

Qala Sığorta

-



Qeyd: Cədvəl Maliyyə Nazirliyinin təcili məlumatları əsasında hazırlanıb. «Qarant Sığorta» şirkəti 2007-ci ilin sonunda, «Qala Sığorta» şirkəti isə 2008-ci ilin iyul ayının 31-də fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR